12px13px15px17px
Tarix:31/10/15

Fransa Azərbaycanda yaradılan sənaye parkları ilə əməkdaşlığa maraqlıdır

Fransa şirkətlərinin ölkəmizə olan maraqları artıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı, ölkədə internet infrastrukturunun genişləndirilməsi, azad rəqabət mühitinin formalaşdırılması, qeyri-neft sahəsinin prioritet olması və çoxlu sayda sənaye parklarının yaradılması bir çox xarici şirkətlərlə yanaşı, Fransa şirkətlərini sözügedən parklarda iş qurmağa həvəsləndirib.

Bu barədə Bakıda səfərdə olan Fransanın “Air Liquide” şirkətinin vitse-prezidenti Filip Kristodolla iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında keçirilən görüşdə bildirilib.
 
 
Nazir Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini qeyd edərək ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb. “Air Liquide” şirkəti ilə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşən Ş.Mustafayev əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan və Fransa arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın daha da inkişafına geniş imkanlar yaradır.
 
“Air Liquide” şirkətinin vitse-prezidenti Filip Kristodol təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verərək şirkətin sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşdığını vurğulayıb. Vitse-prezident bildirib ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən şirkət Azərbaycanla əməkdaşlığa, eləcə də ölkəmizdə yaradılan sənaye parklarına maraq göstərir. 2014-cü ildə Fransanın “Air Liquide” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
 
 
Hazırda memorandumda nəzərdə tutulan istiqamətlər üzrə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq davam etdirilir. F.Kristodol şirkətin ölkəmiz ilə əlaqələrin genişləndirilməsində, o cümlədən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidənqurulması layihəsində iştirakda maraqlı olduğunu vurğulayıb.
 
 
SEYMUR



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024