12px13px15px17px
Tarix:02/11/15

Azərbaycanda ilin əvvəlindən domen adlarının xalis artımı 853 domen təşkil edib

Azərbaycanda bu günə kimi 24083 domen adı rəsmi qeydiyyatdan keçib.
 

“ICTnews”  elektron xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən  6293 domen qeydiyyatdan keçirilib,  5440 domen isə ləğv edilib. Beləliklə, bu ilin əvvəlindən ölkədə xalis domen artımı 853 domen təşkil edib.

 
Hazırda Azərbaycanda 22344 *.az, 1037 *.com.az, 241 *.edu.az, 121 *.org.az, 90  *.co.az, 66 *.info.az, 73 *.net.az, 41 *.int.az, 33 *.pp.az,  25  *.biz.az, 11 *.name.az, 1  *.pro.az  domeni qeydiyyatdan keçirilərək istifadə edilir.

  
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə  4387, 2012-ci ildə  5478, 2013-cü ildə isə 2338, 2014-cü ildə 3101 domen adı olub.

 

Aynur Vəliyeva



Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024