12px13px15px17px
Tarix:02/11/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir elektron xidmətindən oktyabr ayı üzrə istifadə sayı 140 mini ötüb

Oktyabr ayında hansı mobil operatora daşındığı öyrənilən nömrələrin sayı sentyabr ayı ilə müqayisədə 7,1 faiz artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətindən 141063 dəfə istifadə olunub.
 
“Elektron hökumət” portalında istifadədə olan sözügedən elektron xidmət vasitəsi ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmətdən istifadə etməklə abunəçi etdiyi zəngin dəyərini hesablaya bilər.
 
Xatırladaq ki, ötən ilin fevral ayının 1-dən etibarən Azərbaycan ərazisində Mobil Nömrədaşıma Xidməti fəaliyyətə başlayıb. Bu xidmətdən faydalanaraq abunəçi istifadə etdiyi mobil telefon nömrəsini (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) bir mobil operatorun şəbəkəsindən çıxararaq digər mobil operatorun şəbəkəsinə keçirə bilər.
 
CAHANGİR



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024