12px13px15px17px
Tarix:03/11/15

«Facebook» istifadəçiləri daha az status və fotoşəkillər dərc etməyə başlayıb

«GlobalWebIndex» şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrinə istinadən «The Wall Street Journal» nəşri yazır ki, «Facebook» sosial şəbəkəsinin istifadəçiləri artıq daha az kontent yerləşdirir.
 
 
Sorğunun nəticəsinə əsasən, 2015-ci ilin üçüncü rübündə sosial şəbəkə istifadəçilərinin yalnız 34 faizi öz statusunu yeniləyib, 37 faizi öz fotoşəkillərini paylaşıb. Ötən rüb müvafiq göstəricilər 50 və 59 faiz olub.
 
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, respondentlərin 65 faizi birinci yarımillikdə hər gün öz səhifəsinə daxil olub, ancaq onların fəaliyyəti başqa səhifələrə baxış və «like» verməklə məhdudlaşıb.
 
 
Bundan əvvəl keçirilmiş «Pew Research Center» sorğusunun nəticəsinə görə, 2010-dan 2013-cü ilədək hər gün statuslarını yeniləyən istifadəçilərin  sayı 14-dən 10 faizədək azalıb.
 
 
Şirkətin nümayəndələri problemin mövcudluğunu inkar edir, ancaq cari il «Facebook» maraq yaradan və müzakirə mövzusuna çevrilə bilən müxtəlif xatırlatmalar yerləşdirməyə başlayıb.
 
 
Analitiklər istifadəçilərin aktivliyi ilə bağlı məlumat çatışmazlığını qeyd ediblər. Üçaylıq dərc edilən "cəlb olunma" (engagement) göstəricisi yalnız gündəlik öz səhifələrinə daxil olan istifadəçilərin payını göstərir, ancaq onların nə ilə məşğul olduğu haqda məlumat paylaşmır.
 
 
Bir neçə il əvvəl «Facebook» daha ətraflı statistika dərc edirdi, amma 2012-ci ildə «IPO»-dan sonra bunu dayandırıb.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024