12px13px15px17px
Tarix:04/11/15

«Twitter» istifadəçiləri üçün «like» düyməsi təqdim edildi

«Twitter» mikrobloqlar xidməti istifadəçilərə «like» düyməsini təqdim edib. Belə ki, istifadəçilər ürək şəklində xüsusi ikonkaya sıxmaqla mesajı bəyənə bilərlər. ABŞ şirkəti bu haqda öz rəsmi bloqunda yazıb.
 
 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, «bəyənmək» düyməsi sözügedən sosial şəbəkənin istifadəçilərinə tviti "seçilmiş"ə əlavə etməyə imkan verən ulduzu əvəzləyib.
 
 
Xatırladaq ki, «Twitter» sosial şəbəkəsi 2006-cı ildə təsis edilib. Platforma dünyada 500 milyondan çox istifadəçini özündə birləşdirir, onların təxminən 300 milyonu aktivdir və internetdə ən çox ziyarət olunan resursların sırasına daxildir. 2014-cü ildə şirkətin gəliri 1,4 milyard dollar, xalis zərər isə 577 milyon dollar təşkil edib.
 
 
Emil Hüseynov



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024