12px13px15px17px
Tarix:04/11/15

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Ümumdünya Radiorabitə Konfransı komitəsinin vitse-sədri seçilib

Cenevrə şəhərində keçirilən  Ümumdünya Radiorabitə Konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı tədbirin komitə rəhbərlərindən biri seçilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin  baş məsləhətçisi Qulam Abdullayev səlahiyyətlərin yoxlanılması üzrə komitənin vitse-sədri seçilib.

 Xatırladaq ki, konfransın 32 bənddən ibarət gündəliyi  üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 7 təklif hazırlanıb.
  
Aynur Vəliyeva
 
 
 



Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024