12px13px15px17px
Tarix:04/11/15

Almaniyada yeni onlayn ödəniş sistemi istifadəyə verilib

Almaniyada “PayPal” sisteminin rəqibi ola biləcək "Paydirekt” ödəniş servisi işə salınıb. Bir neçə iri Almaniya bankının təşəbbüsü olan onlayn ödəniş sisteminin yaranmasına səbəb maliyyə müəssisələrinin “PayPal” sisteminin bazarda dominantlıq etməsindən şikayət etməsi olub.
 
“Paydirekt” saytından artıq istifadə etmək olar, lakin ödəniş sisteminin ilin sonunadək tam fəaliyyətə başlaması gözlənilir.
 
Sistem yaradıcılarının sözlərinə görə, “Paydirekt” bank hesabından vasitəçi olmadan rahat və sürətli onlayn ödənişləri təmin edir. “Paydirekt” iştirakçı bankların sistemlərinə inteqrasiya olunub və ölkənin bank sahəsinin tələblərinə tam cavab verir.
 
Bank sahəsi işçiləri bildiriblər ki, yeni xidmətdən həmçinin xarici istifadəçilər yararlana biləcəklər, - "Payspacemagazine” yazır. 
 



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024