12px13px15px17px
Tarix:04/11/15

«Windows 7» sistemi ilə işləyən fərdi kompüter satışlarının dayandırılacağı tarix bəlli olub

ABŞ-ın «Microsoft» korporasiyası «Windows 7» ilə işləyən fərdi kompüter (FK) satışlarının dayandırılacağı tarixi açıqlayıb. Bu əməliyyat sistemi (ƏS) əvvəlki versiyalardan daha «uzunömürlü» olacaq.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Microsoft»un saytındakı informasiyaya əsasən, «Windows 7 Professional» ƏS ilə işləyən qurğular və lisenziya açarları 31 oktyabr 2016-cı ilədək satılacaq. Bu tarixdən etibarən yalnız «Windows 10» proqram platforması ilə işləyən qurğular satılacaq.
 
 
Qeyd edək ki, «Home Basic», «Home Premium» və «Ultimate» redaksiyalarında «Windows 7» platformasının satışı 31 oktyabr 2013-cü il tarixində dayandırılıb. 1 il sonra əməliyyat sisteminin bu redaksiyaları ilə işləyən kompüterlər mağazalardan yoxa çıxıb. Beləliklə, 1 il sonra «Windows 7» ilə işləyən bütün masaüstü kompüterlər və noutbuklar bazardan yoxa çıxacaq.
 
 
«Microsoft» korporasiyası «Windows 7» sisteminin populyarlığı sayəsində onu bazardan çıxarmağa tələsmir. «NetMarketShare» xidmətinin məlumatına görə,  2015-ci ilin oktyabrında masaüstü əməliyyat sistemləri bazarında bu platformanın bazar payı 55.71 faiz təşkil edib, ən yaxın izləyicisi «Windows XP»-nin payı 11.68 faizdir.
 
 
Emil Hüseynov



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024