12px13px15px17px
Tarix:16/09/11

Abituriyentlər daxil olduqları ali məktəbdə elektron şəkildə qeydiyyatdan keçəcəklər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası elektron imzanı çox geniş şəkildə tətbiq edəcək. Bu barədə məlumatı TQDK-nın sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ali məktəblərə sənəd verən abituriyentlər attestat qiymətlərini təsdiq etməsi üçün Sənəd Qəbulu Komissiyasına müraciət etməli olurdu.

”E-imza”nın tətbiqi bizə imkan verir ki, abituriyentdən attestat qiymətlərinin də imzasını təqdim etməklə özü göndərsin. Hər bir şəxs öz imzasını elektron şəkildə təsdiq edirsə, bu, artıq hüquqi sənəd sayılır”- deyə komissiya sədri bildirib.

O, daha sonra bildirib ki, abituriyentlərin daxil olduqları ali məktəbdə qeydiyyatdan keçmələri də tam şəkildə elektronlaşacaq.

Onların elektron imzası, elektron bazada isə diplomlar və attestatları haqqında məlumatlar olduğundan qeydiyyat üçün ali məktəblərə getməyə ehtiyac qalmayacaq. Bundan başqa Təhsil Nazirliyi tərəfindən təkcə attestat bazası deyil, məzunların bazası da TQDK-ya təqdim ediləcək.

Elektron xidmətlərin tətbiqi ilə TQDK-da diplomların nömrələri də olacaq və onları avtomatik yoxlamaq mümkün olacaq ki, bu da testdən kənar qəbulun qarşısını birdəfəlik alacaq.



Baxış sayı: 1490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024