12px13px15px17px
Tarix:05/11/15

Elmi müəssisələrin veb-saytlarının monitorinqi üzrə nəticələr açıqlanıb

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi həyata keçirilib. Monitorinqin nəticələri haqda AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin iclasında çıxışında söz açıb.
 
 Akademiyadan qeyd edilib ki, alim AMEA Rəyasət Heyətinin 15 iyul 2015-ci il tarixdə “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında” qərar qəbul etdiyini diqqətə çatdırıb:
 
 
 “Monitorinqin aparılması üçün İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair Tələblər” hazırlanıb. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış tələblərə uyğun olaraq,  akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi həyata keçirilib. Monitorinq nəticəsində məlum olub ki, son illər AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması istiqamətində bir sıra işlər görülüb. Düzdür, AMEA-nın əksər elmi müəssisə və təşkilatlarının veb-saytları mövcuddur. Lakin bu veb-saytların bəzilərinin informasiya təminatı aktual vəziyyətdə saxlanılmır, dizayn və proqram təminatı müasir tələblərə cavab vermir”.
 
 
R.Əliquliyev monitorinqin nəticələrinə əsasən, AMEA üzrə veb-saytların vəziyyətini əks etdirən xüsusi arayışların hazırlandığını diqqətə çatdırıb. Həmçinin arayışlarda hər bir veb-saytın müvafiq tələblərə uyğunluğunun əks olunduğunu, aşkar olunan nöqsanların qeyd edildiyini deyib.
 
 
Sonda AMEA Rəyasət Heyəti məruzə ilə bağlı bir sıra qərarlar qəbul edib. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılıb ki, veb-saytların informasiya təminatının aktual vəziyyətdə saxlanılması, proqram təminatı və dizaynının müasir tələblərə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilsin.
 
 
Veb-saytlarda “İnnovasiya” bölməsi yaradılsın və bölmə elmi müəssisə üzrə müvafiq məlumatlarla təmin edilsin. Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması və istismarı ilə bağlı işlərə elmi-metodiki rəhbərlik həyata keçirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yaradılmış veb-qruplarla treninqlərin təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024