12px13px15px17px
Tarix:05/11/15

Dünyada ilk: Pentaqon insan ölümünə səbəb olan kiberhücum proqramı yaradır

ABŞ Müdafiə Nazirliyi kompüter şəbəkələri vasitəsilə rəqibin infrastrukturunu məhv etməyə imkan verəcək "məntiqi bombalar" istehsalı  üçün  podratçı axtarır. Pentaqon belə əməliyyatlar nəticəsində mülki əhalinin həlak olması ehtimalını istisna etmir.
 
 
«Nextgov» nəşri yeni müsabiqədə iştirak edən şirkətlərin nümayəndələri və qurumun keçmiş əməkdaşlarına istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyi kiberhücum vasitəsi yaratmağı nəzərdə tutur.
 
 
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, kiberhücum vasitələri cari ilin oktyabrında elan edilmiş 460 milyon məbləğində müqavilə çərçivəsində hazırlanmalıdır.
 
 
«Məntiqi bombalar" - rəqibin infrastrukturunu məhv edəcək kompüter proqramlarıdır.
 
 
ABŞ hərbçiləri partlayıcı mərmilərin əvəzinə belə bombalardan istifadə etmək imkanına malik olacaq. Pentaqonun doktrinasına əsasən, ABŞ belə bombaların köməyi ilə "atom stansiyalarında qəza yarada, yaşayış məntəqələrinin su altında qalması üçün bəndləri, yaxud  dispetçer avadanlığını partlada bilər".
 
 
Emil Hüseynov



Baxış sayı: 900

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024