12px13px15px17px
Tarix:05/11/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi “Startap Günləri”nin proqramı açıqlanıb

Noyabrın 6-da , saat 14:00 -da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında "Startap Günləri"nə start veriləcək.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Startap Günləri" 3 gün davam edəcək.
 
Tədbirin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki  dəstək vermək,  internet biznesin inkişafına təkan vermək və milli startup infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
 
"Startap Günləri"nə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Yüksək Texnologiyalar Parkı, "Bakcell", "Cybernet", "SİNAM", "Khazar Ventures" və "ATL  Group" şirkətləri dəstək verirlər.
 
"Startap Günləri"nin proqramı ilə bu link üzərindən tanış olmaq mümkündür.
 
CAHANGİR
 
 
 



Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024