12px13px15px17px
Tarix:06/11/15

Azərbaycan rabitə və informasiya texnologiyaları bazarlarının inkişafı üzrə müzakirələrdə təmsil olunub

Azərbaycan Regional Rabitə Birliyinin (RRB) infokommunikasiyalar üzrə Komissiyasının və Rabitə operatorları və infokommunikasiyalar üzrə Şurasının Özbəkistanda keçirilən 36/32-ci birgə iclasında təmsil olunub.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə ölkəmizi Milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin dəvət olunmuş nümayəndəsi təmsil edib. O, “Azərkosmos”un fəaliyyəti haqda məruzə ilə çıxış edib və RRB yanında peyk texnologiyaları üzrə işçi qrupun yaradılması ətrafında müzakirələrdə iştirak edib.
 
Tədbir çərçivəsində Şuraya müşahidəçi   qismində “Əfqan Telekom” qəbul edilib. İclasda “Əfqan Telekom”un RRB-nin Rabitə operatorları və infokommunikasiyalar üzrə Şurasına qəbul edilməsi, 2016-cı ildə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak məsələləri, RRB-yə üzv ölkələrin təşəbbüslərinin icrası ilə bağlı vəziyyət müzakirə edilib.
Bununla yanaşı, ədalətli rouminq prinsiplərinin tətbiqi üzrə “Yol xəritəsi”nin  birinci mərhələsinin icrası, telefon rabitəsi bazarının texnoloji rəqabətin inkişafı nəticəsində    təbii inhisarçılıq vəziyyətindən rəqabətli bazara çevrilməsi, eləcə  də şəbəkə neytrallığının qanuni şəkildə tətbiqi və texnoloji neytrallığın təhlili məsələlərinə baxılıb.
 
Mütəxəssislər, həmçinin MDB ölkələrinin beynəlxalq rabitə xidmətlərinin göstərilməsində operatorlararası   hesablaşmaların həyata keçirilməsi şərtləri haqda sazişin icrası məsələsi, “Rabitənin strateji və iqtisadi məsələlərini nəzərdə tutan tarifikasiya və hesablaşma prinsipləri” ilə bağlı təkliflər, ənənəvi və İP telefoniya üzrə qarşılıqlı operatorlararası xidmətlər mexanizminin təkmilləşdirilməsi və bir sıra digər məsələlər ətrafında danışıqlar aparıb. İştirakçılar “Big data”, proqram təminatı bazarının təkmilləşdirilməsi və informasiya cəmiyyətinin inkişafı üzrə işçi qrupun fəaliyyətinin bərpası məsələlərini də nəzərdən keçiriblər.
 
Aynur Vəliyeva



Baxış sayı: 510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024