12px13px15px17px
Tarix:06/11/15

“Tizen” populyarlığına görə dördüncü əməliyyat sistemidir

“Samsung Electronics” şirkətinə məxsus “Tizen” əməliyyat sistemi populyarlığına görə “BlackBerry” əməliyyat sistemini geridə qoyub. Bu barədə “Strategy Analytics” analitik şirkətinin hesabatında deyilir.

 
Ekspertlərin 2015-ci ilin üçüncü rübün qiymətləndirməsinə görə, "Tizen” əsaslı istehsal edilən 1 milyon smartfon əməliyyat sistemini dünya bazarında 0,3 faizlik payla təmin edib. “BlackBerry” sistemində bu göstərici 0,2 faizə bərabərdir. Həmçinin “Firefox OS” sistemi bazar göstəricisini artıra bilmir.

 
Beləliklə, “Tizen” smartfonlar üçün ən populyar əməliyyat sistemləri siyahısında dördüncü yeri tutub.

 
“Strategy Analytics” analitik şirkətinin hesablamasına görə, 2015-ci ilin iyul-sentyabrında “Android” əməliyyat sistemi qlobal smartfonlar bazarının 84,1 faizinə nəzarət edir. "iOS” sisteminin iştirak göstəricisi 13,6 faiz təşkil edib, liderlər üçlüyünü 1,7 faizlə “Windows” əməliyyat sistemi tamamlayır. Bir il əvvəl sistemin göstəricisi 3,2 faiz olub.
 

Məlumat üçün qeyd edək ki, “Tizen” əməliyyat sistemi "Samsung”, “Intel” və “ASUS” daxil olmaqla bir neçə istehsalçı tərəfindən birgə yaradılıb. Sistemdən smartfon, planşet, kompüter, avtomobil informasiya-əyləncə sistemlərində və “ağıllı” televizorlarda istifadə mümkündür. “Tizen” tərəfdarları sistem sayəsində “Android” sistemindən asılılığı azaltmaq niyyətindədirlər, - "DailyComm” yazır.



Baxış sayı: 467

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024