12px13px15px17px
Tarix:06/11/15

Akif Əlizadə: “İnnovativ elmin gündən-günə, ildən-ilə təkmilləşdirilməsi istiqamətində çalışırıq”

İnnovativ elmin gündən-günə, ildən-ilə təkmilləşdirilməsi istiqamətində çalışırıq. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu fikri AMEA Rəyasət Heyətində Akademiyanın 70 illik yubileyi münasibətilə təşkil olunmuş mətbuat konfransında bildirib.


Yubileyə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlərdən  söz açan A.Əlizadə ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını xatırladıb.
 
Daha sonra ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Akademiyanın müstəsna rolundan danışan akademik 70 il ərzində AMEA-nın Azərbaycan elminə mühüm töhfələr verdiyini, beynəlxalq elm aləminə uğurla inteqrasiya etdiyini qeyd edib. AMEA rəhbəri ölkə prezidentinin müvafiq sərəncamı ilə AMEA-nın bir qrup əməkdaşının dövlət mükafatı və fəxri adlarla təltif edilməsinə də diqqət çəkərək, bunu Azərbaycan elminə verilən böyük qiymət kimi dəyrləndirib:
 
 “Akademiyanın yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir. Akademiya ölkəmizin sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından iştirak edir. Onu da qeyd edim ki, Rəyasət Heyətinin qərarı ilə Akademiyanın yarandığı vaxtdan bu günə qədər həqiqi, müxbir və fəxri üzvləri olmuş alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən “AMEA-nın simaları” adlı kitab nəşr olunub. Yubiley ərəfəsində işıq üzü görən və geniş oxucu auditoriyasının diqqətini cəlb edən bu kitab elmi ictimaiyyətə böyük töhfə kimi olduqca əhəmiyyətlidir. Kitabda 450-yə yaxın alimin hər biri haqqında bir səhifəlik tərcümeyi-halı fotoları ilə birgə oxucu auditoriyasına təqdim olunur”.
 
Akademik yubiley münasibətilə Akademiyanın təsisçiləri haqqında bioqrafik məlumatı əks etdirən kitabın, AMEA haqqında bələdçi kitabının və bukletlərin nəşr olunduğunu, 70 illiyə həsr olunan “Azərbaycanın elm məbədi” adlı sənədli filmin çəkildiyini də vurğulayıb.
 
 
Daha sonra jurnalistlərin çoxsaylı suallarını cavablandıran A.Əlizadə təhsil ilə elmin inteqrasiyası, AMEA və universitetlərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyindən söz açıb. Xüsusən innovativ elmə ayrılan diqqətdən söz açan akademik qeyd edib ki, AMEA-nın nəzdində fəaliyyət göstərən Təcrübə-Sənaye Zavodu (TSZ) məhz bu sahənin inkişafına, alimlər tərəfindən verilən innovativ təkliflərin dəyərləndirilməsinə və tətbiqinə xidmət edir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024