12px13px15px17px
Tarix:07/11/15

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilin sonuna kimi 100-ə qədər layihə maliyyələşdirəcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İT layihələrin maliyyələşdirilməsini genişləndirir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Fondun rəhbəri Elçin Zeynalov bildirib ki, bu ilin sonuna kimi Fond tərəfindən artıq 100-ə qədər layihə maliyyələşdiriləcək.
 
"Bu gün Fondun  maliyyələşdirdiyi startap layihələri xarici ölkələrdə sərmayələr cəlb edə biliblər və artıq kommersiyalaşma istiqamətində addımlayırlar. Uğurlu layihələr olsa da, əksər layihələr kiçik miqyaslıdır. Biz istəyirik ki, startapçılar dövlət tərəfindən təqdim edilən maliyyə dəstəyi əvəzində daha da maraqlı, önəmli layihələr təqdim etsinlər",- deyə  E. Zeynalov bildirib.

Xatırladaq ki, Fondun Müşahidə Şurası tərəfindən 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunmuşdur. İlkin və kompleks ekspertizadan 62 layihə  keçib. Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda isə artıq üçüncü qrant müsabiqəsi elan edilib və bu ayın 10-dək müsabiqə çərçivəsində layihələrin qəbulu başa çatacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024