12px13px15px17px
Tarix:07/11/15

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi: “Yeni troyan “Android” smartfonunuzu dəyişməyə məcbur edir”

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Android” istifadəçilərinə xəbərdarlıq edib.
 
Mərkəzin xəbərdarlığında “Lookout” antivirus şirkətinin mütəxəssislərinin “Android” əməliyyat sistemində çalışan qurğulara hücum edən yeni troyanı aşkar etdiyi deyilir. Bildirilir ki, troyan ekrana icazəsiz bildiriş verən, reklam proqram təminatı ailəsinə aid edilir. Yeni troyanla bağlı problem ondan ibarətdir ki, onu sadə istifadəçinin ləğv etməsi mümkünsüzdür. Zərərverici yükləndikdən həmən sonra root hüquqa malik olur və sistem tətbiqetməsi kimi işə başlayır.
 
Mövcud problemlə üzləşən istifadəçilər yuxarıda qeyd edildiyi kimi sərbəst şəkildə bu virusu qurğulardan ləğv edə bilməzlər, hətta smartfonu zavod kökləmələrinə sıfırlasalar belə bu mümkün olmayacaq. Belə ki, onlar ya mütəxəssislərə müraciət etməli ya da yeni qurğu almalıdırlar.
 
Qeyd edək ki, “Lookout”-un əməkdaşları troyanın “Candy Crush”, “Facebook”, “GoogleNow”, “NYTimes”, “Okta”, “Snapchat”, “Twitter”, “WhatsApp” kimi məşhur tətbiqetmələrdə maskalanmış 20.000 nüsxəsini aşkar ediblər.
 
CAHANGİR



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024