12px13px15px17px
Tarix:10/11/15

«Google» ürək xəstəliyi üçün dərmanların hazırlanmasına 25 milyon dollar sərmayə yatıracaq

«Google» korporasiyasının törəmə şirkəti olan «Google Life Sciences» insanın ürək-damar sistemi xəstəlikləri üçün dərmanların hazırlanması üzrə elmi-tədqiqat layihəsinə 25 milyon dollar sərmayə yatırmağı qərara alıb.

 
Amerika Ürək Assosiasiyası, həmçinin bu layihəyə daha 25 milyon dollar sərmayə yatıracaq. Beləliklə, layihənin ümumi dəyəri 50 milyon dollar təşkil edəcək.

 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, «Google Life Sciences»in direktoru Endi Konradın sözlərinə görə, insanlar ən çox məhz ürək-damar xəstəliklərindən dünyasını dəyişir, ona görə innovasiyaların köməyi ilə bu problemi həll etmək vaxtı yetişib.

 
Lakin Konrad qeyd edib ki, heç kim uğura zəmanət verə bilməz. "Biz yalnız ona söz verə bilərik ki, əlimizdən gələn hər şeyi edəcəyik. İrəliləyiş cüzidir, onu hərəkətə gətirmək lazımdır" - Konrad deyib.

 
Xatırladaq ki, «Google Life Sciences» 2015-ci ilin avqustunda «Google»un biotibbi bölməsi kimi yaradılıb.

 
Emil Hüseynov



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024