12px13px15px17px
Tarix:10/11/15

“KATV1” Rusiya və MDB-nin “Böyük Rəqəm – 2016” Milli Mükafatının tərəfdaşı olacaq

Azərbaycanın kabel televiziya operatoru “KATV1” Rusiya və MDB ölkələrində çoxkanallı rəqəmsal televiziya sahəsində keçirilən Rusiyanın və MDB məkanının 7-ci “Böyük Rəqəm – 2016” Milli Mükafatının tərəfdaşı statusunu alacaq.
 
Rusiyanın Kabel Televiziyası Assosiasiyası və “Midekspo” şirkəti həm peşəkar jüri, həm də onlayn səsvermə vasitəsilə tamaşaçılar tərəfindən müəyyən ediləcək qaliblərin müvafiq nominasiyalarını elan edib. Mükafatın qalibləri 2016-cı il yanvar ayının sonunda təntənəli mərasim zamanı elan olunacaq. 
 
“Operator-şirkət” kateqoriyası
  • Bazarın intensiv inkişaf mərhələsinə keçidi şəraitində operator-şirkətin ən yaxşı biznes-strategiyası (10 000 – 100 000 abunəçi bazası olan operatorlar);
 
  • Bazarın intensiv inkişaf mərhələsinə keçidi şəraitində operator şirkətin ən yaxşı biznes-strategiyası (100 000-dən çox abunəçi bazası olan operatorlar);
 
 
  • TV operatorlarının və multiservis şəbəkələrinin ən yaxşı B2B layihəsi.
 
“Texnologiyalar və avadanlıq” kateqoriyası
 
 
  • IP TV & OTT TV üçün ən yaxşı platforma;
 
  • OTT və hibrid qəbul üçün ən yaxşı TV qəbuledici;
 
 
  • Ən yaxşı “bulud” həlli;
 
  • Son istifadəçilər üçün onlayn video-servisin ən yaxşı istifadəçi interfeysi;
 
 
  • Multiservis şəbəkəsinin ən yaxşı kompleks layihəsi.
 
“Telekanallar” kateqoriyası
 
  • İnformasiya-biznes telekanalı;
 
  • Sənədli-maarifləndirici telekanal;
 
 
  • Əyləncə telekanalı;
 
  • İdman telekanalı;
 
 
  • Musiqi telekanalı;
 
  • Filmlər telekanalı;
 
 
  • Seriallar telekanalı;
 
  • Uşaqlar üçün telekanal;
 
Qeyd etmək lazımdır ki, “Böyük Rəqəm” Milli Mükafatı regionun televiziya və telekommunikasiya sahəsindəki müasir tendensiyaları gündəmə gətirən illik göstəricidir.
 



Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024