12px13px15px17px
Tarix:11/11/15

Təhsil naziri: “Tədqiqat aparan şagirdlərin sayının artırılmasına yönəlmiş səylər öz bəhrəsini artıq verməkdədir”

Ümumi təhsil sahəsində istedadlı gənclərin aşkar olunması, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən başlayaraq “Sabahın alimləri” adlı müsabiqə keçirilir.

Bu tədbir dünyada ən nüfuzlu müsabiqələrdən biri olan və hər il ABŞ-da 70-dən artıq ölkə şagirdlərinin iştirakı ilə keçirilən İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur.

Tədqiqat aparan şagirdlərin sayının artırılmasına yönəlmiş səylər öz bəhrəsini artıq verməkdədir. Bu fikri qeyd edən təhsil naziri Mikayıl Cabbarov əlavə edib ki, əgər 2014-cü ildə müsabiqədə 102 şagird iştirak etmişdirsə, 2015-ci ildə müsabiqəyə 204 şagird buraxılıb.


Qeyd edək ki, Ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar  edilməsi, həmçinin ciddi elmi  tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən “Intel İSEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etmək məqsədi ilə təhsil naziri “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.

Müsabiqə 2016-cı ilin 11-13 fevral tarixlərində keçiriləcək. Bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər öz elmi layihələri ilə iştirak edə bilərlər. “Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən “Intel İSEF” – “Intel” Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir.  Respublika müsabiqəsində ciddi elmi nəticə əldə etmiş şagirdlər Münsiflər Heyəti tərəfindən seçilərək “Intel İSEF”-də iştirak etmək hüququ qazanırlar.
 
Həqiqət İSABALAYEVA
 

 



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024