12px13px15px17px
Tarix:12/11/15

“Azərkosmos” ASC-nin Azersky peyk sisteminin və əlaqədar yerüstü infrastrukturun maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb

"Azərkosmos" ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC)) və Mizuho Bankı ilə 11 illik müddətə 100 milyon avro məbləğində kredit sazişi imzalayıb.
 
Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan Azersky peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
 
 
Saziş çərçivəsində Fransanın Airbus DS şirkəti Azərkosmosu 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir.
 
Təchiz olunan ən son fransız texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları və aidiyyəti xidmətlər də daxildir.
 



Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024