12px13px15px17px
Tarix:13/11/15

ÜSY üzrə informasiya sistemləri və ehtiyatlarının “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının siyahısına əlavə edilməsi işləri aparılır

Ölkə başçısının müvafiq fərmanına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı (ÜSY) sisteminin çevik və mükəmməl proqram təminatı əsasında avtomatlaşdırılmış infrastrukturu hazırlanıb. Bu yeni sistem ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin edilməsi, bu müraciətlərə baxılması, yardım təyin olunub-olunmaması barədə qərar qəbulu və bu barədə vətəndaşa məlumat verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə səbəb olacaq. Fərmana əsasən, hazırda aidiyyəti dövlət orqanları tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərinin və ehtiyatlarının özlərinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının siyahısına əlavə edilməsi işləri aparılır.
 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, cari ilin oktyabr ayında ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4535 ailə və ya 4 faizə yaxın azalaraq 112385-ə enib. Həmçinin bu yardımla təmin olunan ailələrdəki ailə üzvlərinin sayı 486078 nəfər olmaqla, 5,1 faiz (26268 nəfər) azalıb.
 
Nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının icrasında şəffaflığın təmin olunması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu dövlət yardımlarının ünvanlılıq prinsipi əsasında məhz əhalinin aztəminatlı hissəsinə yönəldilməsinə xidmət edir:
 
 “Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdəki ailə üzvlərinin 47,5 faizini, yəni 231179 nəfərini 18 yaşadək olan ailə üzvləri təşkil edir ki, onlardan 1 yaşadək olan 5561 nəfər uşağın hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq  hər ay 45 manat sosial müavinət də ödənilir.  Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 faizi və ya 31727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir”/
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 
 



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024