12px13px15px17px
Tarix:13/11/15

“Bakcell” dən "Qoş və Coş" rəqəmsal televiziya yayım platforması

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti, Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan "Digiturk" şirkəti ilə yeni tərəfdaşlığa başlayıb.

"Digiturk" ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində "Bakcell" İP və mobil əsaslı xidmətlər üzrə "Digiturk" şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün "Bakcell" müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək.

Bu tərəfdaşlığın bir hissəsi kimi, "Bakcell" "Qoş və Coş" xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. "Digiturk"lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. İndi "Bakcell" abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə "Digiturk" şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

"Bakcell" hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan "Digiturk"lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri sayəsində "Bakcell" öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LİG TV kimi premium idman kanallarını izləmək abunəçilərimizə "Bakcell" xidmətlərindən daha çox yararlanmaq şansı verəcək", deyə "Bakcell" şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

"Digiturk" şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən "Bakcell" abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq.

"Digiturk" şirkətinin baş icraçı direktoru Ertan Özerdem: ""Digiturk" olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan "Bakcell" şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və "Digiturk"ün 100-dən çox müxtəlif kanallarının "Bakcell" abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz "Digiturk"ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatını daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə "Bakcell" ilə əməkdaşlıq etməkdən çox məmnunuq".

"Digiturk Mobil TV" tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən "Bakcell" abunəçiləri yararlana bilərlər. Həmçinin, bu link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər:

Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.

Aynur Vəliyeva



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024