12px13px15px17px
Tarix:13/11/15

«Facebook» şirkətinə edilən sorğuların sayı yüksək səviyyəyə çatıb

«Facebook» şirkətinin məlumatına görə, 2015-ci ilin birinci yarısında dövlət tərəfindən edilən sorğuların sayı yüksək səviyyəyə çatıb.
 
 
«ICTnews.az» saytı «searchengines.ru» saytına istinadən yazır ki, cari ilin yanvar-iyun ayları ərzində müxtəlif ölkələrin hakimiyyəti tərəfindən «Facebook» şirkətinə edilmiş sorğuların sayı 41214 təşkil edib ki, bu da 2014-cü ilin ikinci yarısı (35051) ilə müqayisədə 18 faiz daha yüksəkdir.
 
 
«Facebook»un əsas hüquq məsləhətçisi Kris Sonderbi əmin edib ki, istifadəçilərin məlumatları hakimiyyətə yalnız o halda verilir ki, bunun üçün əsas var: "Biz hər bir sorğunu diqqətlə araşdırırıq. Əgər bu sorğu istifadəçinin məlumatlarının verilməsi üçün kifayət qədər hüquqi əsasa malik deyilsə, biz məlumatı verməkdən imtina edirik və lazım gəldikdə məhkəmədə öz mövqeyimizi müdafiə edirik".
 
 
Emil Hüseynov



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024