12px13px15px17px
Tarix:13/11/15

«Bluetooth» texnologiyasının əhatə radiusu 4 dəfə artırılacaq

«Bluetooth Special Interest Group» («SIG») təşkilatının nümayəndələri 2016-cı ildə qəbulu planlaşdırılan yenilənmiş «Bluetooth» texnologiyasının spesifikasiyasının bəzi xüsusiyyətləri haqda danışıb.
 
 
 
«ICTnews.az» saytı «hitech.newsru.com» saytına istinadən yazır ki, planlaşdırılan dəyişikliklər «Bluetooth» texnologiyasının «əşyaların interneti» («IoT») sahəsində istifadəsinə aiddir. İstehsalçılar rabitə məsafəsini artırmaq və məlumatların ötürülməsi sürətini yüksəltmək niyyətindədir.
 
 
 
Nəzərdə tutulan yeniliklər «əşyaların interneti» konsepsiyasının inkişafını sürətləndirməlidir. Belə ki, «Bluetooth Smart» texnologiyasının əhatə radiusunu 4 dəfə artırmaq planlaşdırılır ki, bu da bütün evi əhatə edən və ya açıq havada işləyən sistemlər üçün daha etibarlı qoşulmanı təmin edəcək.
 
 
Emil Hüseynov



Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024