12px13px15px17px
Tarix:13/11/15

Həkimlərlə xəstələr, apteklərlə dərman şirkətləri arasında əlaqə yaradan veb sayt yaradılır

Bakıda “MedNot (elektron tibbi reseptlər, e-health, m-health) layihəsi: Sığorta şirkətləri üçün perspektivlər” mövzusunda tədbir keçirilib.
 
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən keçirilən tədbirdə sözügedən layihənin ideya müəllifi İlqar Tağıyev “MedNot” layihəsinin məqsədi, tətbiq istiqamətləri, sığortaçılar üçün əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.
 
O bildirib ki, “MedNot” həkimlərlə xəstələr, o cümlədən apteklərlə dərman şirkətləri arasında əlaqə yaradan veb saytdır. Müəllifin sözlərinə görə, saytdan qeydiyyatdan keçdikdən sonra əldə olunan kod vasitəsilə mobil telefon və ya kompüter vasitəsilə həkim və ya pasient, həmçinin dərmanlar haqda operativ məlumatlar əldə etmək olacaq. Bundan başqa, sayt vasitəsilə dərman sifarişini sms və ya onlayn şəkildə həyata keçirmək mümkünləşəcək.
 
 “Ən əsası isə, saytda dərmanların vahid uçotunu və analizini aparmaq olacaq. Bunun vasitəsilə istifadəçi vaxtı keçmiş və ya vaxtının keçməsinə az qalmış dərmanların siyahısı ilə tanış olmaq mümkün olacaq”.
 
 
Tağıyev əlavə edib ki, sözügedən layihənin sığortaçılar üçün də əhəmiyyəti vardır. Belə ki, saytdakı məlumatları İcbari Tibbi Sığorta, o cümlədən digər sığorta şirkətləri üçün informasiya bazası kimi istifadə etmək mümkündür.
 
 
SEYMUR



Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024