12px13px15px17px
Tarix:14/11/15

Dubayda yanğınlar reaktiv uçan aparatlarla söndürüləcək

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Mülki müdafiə komitəsi Yeni Zelandiyanın “Martin Aicraft” şirkətinə göydələnlərdə yanğınların qarşısını almaq üçün 20 kürəyə bərkidilən fərdi uçan aparat (ingiliscə Jetpack) sifariş verib.
 
“Martin Aircraft” şirkəti artıq bir neçə ildir “Jetpack”ların layihələndirilməsi üzərində iş aparır. Şirkət ilk modeli 2016-cı ildə buraxmağı planlaşdırır. Reaktiv aparatlar vertikal hərəkət etməsinə və hündür yerlərə daxil ola bilməsinə görə yanğınların söndürülməsi üçün əlverişli hesab edilir.
 
Bildirilir ki, Dubay Mülki müdafiə komitəsi ilk dəfə deyil belə qurğulardan istifadə edir. Belə ki, ötən il komitə ucqar yerlərdə yanğınların söndürülməsi üçün 15 pilotsuz uçan aparat alıb.
 
Dubayda dünyanın ən hündür binalarının tikilməsinə görə şəhərdə reaktiv aparatlardan istifadəyə kəskin ehtiyac duyulur. Dubay mühəndislərinin gələcəkdə də göydələnlərin inşasını planlaşdırması səbəbindən 304,8 metr hündürlüyə qalxa bilən “Jetpack” yanğınların söndürülməsi üçün yararlı ola bilər, - “Qazeta” yazır. 
 



Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024