12px13px15px17px
Tarix:16/11/15

Kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədqiqatlar davam etdirilir

Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində tədqiqatlar davam etdirilir.
 
AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildirilib ki, bu fikri İTİ-də keçirilən illik hesabat iclasında şöbə müdiri Şakir Mehdiyev bildirib.
 
Ş.Mehdiyev AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin, həmçinin AMEA Rəyasət Heyətinin (RH) 4 mart 2015-ci il tarixli Sərəncamı ilə aparılmış AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqinin nəticələrinin toplanılması və təhlili işlərinin yerinə yetirildiyini söyləyib.
 
O, AMEA Əsas bina və RH Mərkəzi Aparatında konfrans və iclasların müşayiət olunması, institutun Tədris-İnnovasiya Mərkəzində dərslərin keçirilməsinə texniki dəstək və s. dair görülmüş işləri diqqətə çatdırıb.
 
 
Ş.Mehdiyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti, elmi-texniki konfrans və simpoziumlarda iştirakı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı kitab və elektron nəşrlərin hazırlanması, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024