12px13px15px17px
Tarix:17/11/15

Bakı Fond Birjasının saytının yeni versiyası istifadəyə verilib

Bakı Fond Birjasının rəsmi internet saytı (bfb.az) yenilənib.
 
BFB-dən verilən məlumata görə,  saytın yeni versiyası daha interaktiv və dinamik olmaqla yanaşı, dizayn və funksionallıq baxımından bu sahədə tətbiq edilən qabaqcıl informasiya texnologiyaları həllərindən istifadə edilməklə hazırlanıb.
 
İnternet saytın əsas yeniliklərindən biri BFB-də  listinqdən keçmiş emitentlərin ilk elektron məlumat bazasının yaradılmasıdır.
 
Saytın yenilikləri arasında həmçinin, istiqrazların hesablanması üçün onlayn kalkulyatorun təqdim olunması, sayt vasitəsilə emitentlərin BFB-də listinqə onlayn müraciət edə bilmə imkanı və digər müxtəlif elektron xidmətlərin yaradılması yer alır.
 
Yeni sayt geniş ictimaiyyət, o cümlədən emitentlər, investorlar, birja üzvləri və tələbələr üçün nəzərdə tutulub.
 
CAHANGİR



Baxış sayı: 585

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024