12px13px15px17px
Tarix:17/11/15

Qlobal optik lif bazarının həcmi ildə orta hesabla 18 faiz artır

2013-dən 2016-cı ilədək qlobal optik lif bazarında ümumi orta illik artım göstəricisi təxminən 18 faiz təşkil edəcək. «ComNews» internet nəşri «Corning Incorporated» şirkətinin məlumatlarına istinadən yazır ki, 2015-ci ildə MDB və Yaxın Şərqin optik lif bazarında azalma qeydə alınacaq.
 
 
«Corning SMF-28 Ultra» optik lif istehsalçısının nümayəndəsi bildirib ki, əgər 2005-2013-cü illərdə Çin daha çox lif satın alırdısa, yaxın gələcəkdə ehtimal ki, Afrika, Latın Amerikası, Hindistan, Şərqi Avropa və Cənub-Şərqi Asiya ölkələri hərəkətverici artım qüvvəsi olacaq. İndi planetdə 2,6 milyard km-dən çox optik lif çəkilib və 2015-ci ildə tələbat ildə 300 milyon km-i ötəcək.
 
 
2014-cü ildə dünya lif bazarının həcmi 20 faiz yüksəlib (yalnız Braziliyada iqtisadi böhran səbəbindən azalma qeydə alınıb). 2015-ci ildə artım tempi davam edib, amma onun tempi zəifləyib.
 
 
"Neftin qiymətinin azalması və mürəkkəb iqtisadi vəziyyət onunla nəticələnib ki, bir çox operatorlar optik lif şəbəkənin inkişafına investisiya qoyuluşunu azaldıblar və nəticədə optik kabel və lifə tələbat azalıb" - «Corning» şirkətinin Rusiya və MDB ölkələri üzrə regional meneceri Arin Kornileva deyib.
 
 
Bu halda son 10 ildə optik lifin dəyəri ildə təxminən 6 faiz azalır. İndi 1 km uzunluğunda ən bahalı standart optik lifin dəyəri 8 dollardan aşağıdır. Bu halda optik lifin istehsalı üçün tələb olunan xammalın dəyəri davamlı artır, elektrik, su və başqa resursların tarifi yüksəlir, əməkhaqqı artır. «Corning Incorporated» şirkətinin rəhbərliyi hesab edir ki, yalnız innovasiyalar, istehsal prosesinin təkmilləşdirilməsi və maya dəyərinin azalması bu çətin vəziyyətin öhdəsindən gəlməyə kömək edə bilər.
 
 
Emil Hüseynov
 
 
 
 
 
 



Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024