12px13px15px17px
Tarix:18/11/15

«Microsoft» oyunun köməyi ilə uşaqlara proqramlaşdırmanı öyrədəcək

İsveç proqramçısı Markus Persson tərəfindən yaradılmış həvəskar «Minecraft» oyun layihəsi tezliklə milyonlarla istifadəçinin ürəyini fəth edərək dünyada ən gəlirli oyunlardan birinə çevrilib. O, 4 il sonra bu oyunu «Microsoft» korporasiyasına 2,5 milyard dollara satıb və təsisçisi olduğu «Mojang» studiyasını tərk edib. İndi proqram nəhəngi «Minecraft» oyununu bütün istiqamətlərdə genişləndirməyi planlaşdırır. Belə istiqamətlərdən biri uşaq təhsilidir.
 
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, «Microsoft» və «Code.org» proqramçılar portalının birgə layihəsi kiçik məktəb yaşlı uşaqlara «Minecraft» oyununun köməyi ilə proqramlaşdırmada alqoritmlərin qurulmasının əsaslarını öyrənməyə imkan verəcək. Xüsusi redaktor oyundan bir fraqmenti nümayiş etdirir, uşaqlar bu oyunda elementləri kiçik bloklar şəklində olan xüsusi proqram komandalarının köməyi ilə idarə edə bilir. Bloklar müəyyən ardıcıllıqla yerləşib və proqram onları hərəkətə gətirir.
 
 
Sözügedən öyrədici proqram 6 və daha yuxarı yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlara müəyyən alqoritmlərin qurulması vasitəsilə müxtəlif məsələləri həll etmək təklif ediləcək.
 
Bundan başqa, şagirdlərin proqramlaşdırmanın əsaslarını və onun baza mexanizmlərinin işləmə prosesini başa düşməsi üçün proqrama bir çox dərslər əlavə edilib.
 
 
Emil Hüseynov



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024