12px13px15px17px
Tarix:18/11/15

“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir

"Ümidli Gələcək Gənclər Təşkilatı" İB "Azercell Telekom" MMC-nin təşəbbüsü və xahişi ilə "Ümid Yeri" Uşaq sığınacağında "Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası" proqramını həyata keçirməyə başlayıb.
 
Proqram çərçivəsində uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyacları qiymətləndirilir, küçə həyatına məruz qalmağın səbəbləri araşdırılır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edilir. Həmin plan əsasında uşaqların psixoloji, hüquqi və s.  problemlərinin həlli, təhsilə qayıtması və müvafiq peşəyə yiyələnməsi üçün tədbirlər görülür.
 
Eyni zamanda uşaqların valideynləri və ya yaxın və uzaq qohumlarının axtarışı aparılır, uşaqların ailəsinə qovuşması üçün lazımi tədbirlər həyata keçirilir.
 
 
Qeyd edək ki, bu proqram "Azercell"-in "Ümidli Gələcək" İB ilə birgə əməkdaşlıqda  həyata keçirdiyi ilk layihə deyil. Hələ 2010-cu ildə  uşaq və gənclərə psixoloji və emosional dəstəyin göstərilməsi, onların müxtəlif xidmətlərə yönəldilməsini təmin etmək məqsədilə "Azercell"-in dəstəyi ilə "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" yaradılıb.
 
"Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa, onların problemi ilə əlaqədar istənilən şəxsə sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərmək, uşaqların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, tələb olunduqda isə onları müvafiq sosial xidmətlərə yönəltməkdir. Fəaliyyət göstərdiyi 5 il ərzində "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nə müxtəlif problemləri əhatə edən 11.500-dən çox zəng daxil olub.
 
 
 



Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024