12px13px15px17px
Tarix:18/11/15

Paris aeroportunda kompüterdə nasazlıq uçuşları təxirə salıb

Bu yaxınlarda Paris aeroportu 23 il əvvəl buraxılan “Windows 3.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterdə nasazlığın yaranmasına görə fəaliyyətini dayandırmalı olub.
 
Belə ki, noyabrın 7-də “Orli” hava limanında uçuşların idarə olunması sistemlərini Fransanın baş meteoroloji stansiyası ilə birləşdirən "DECOR” sistemi fəaliyyətini dayandırandan sonra bütün təyyarələr üçün uçuş bir neçə saatlıq qadağan edilib.  
 
Aviasiya-dispetçer Həmkar İttifaqının rəhbərlərindən biri Aleksandr Fiakre jurnalistlərə bildirib ki, qeyd olunan sistem dörd əməliyyat sistemi, o cümlədən "Windows XP” və “Unix” ilə işləyən bir neçə kompüterdən ibarətdir və onların hamısı köhnə olmaqla istismar müddəti 10-20 il təşkil edir.
 
Bu yaxınlara Fransa nəqliyyat naziri aeroportun bütün avadanlığının 2017-ci ilədək yenilənməsini bildirib. Lakin A.Fiakrenin fikrincə, bu, çox optimistik proqnozdur. Əslində, bunun üçün 2-4 il vaxt lazım olacaq, - "Telekomza” yazır.



Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024