12px13px15px17px
Tarix:18/11/15

Mərkəzi Bank: “İnternet xidmətində yaranan qırılmalar bankların gündəlik fəaliyyətlərini davam etdirməyə heç bir təsir göstərmir”

Azərbaycanda fəaliyyət göstərən bankların lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib. Bu səbəbdən də internet xidmətində yaranan və bundan sonra yarana biləcək qırılmalar bankların gündəlik fəaliyyətlərini davam etdirməyə heç bir təsir göstərmir.
 
 
“ICTnews.az” bildirir ki, bununla bağlı Mərkəzi Bank (MB) məlumat yayıb. MB-dən verilən açıqlamaya görə, Data Mərkəzdə baş vermiş texniki qəza bankların milli valyutada aparılan hesablaşmalarına təsir etməyib.
 
 “Bir sıra kütləvi informasiya vasitələrində 16 noyabr 2015-ci il tarixində ölkənin internet şəbəkəsində baş verən problemin banklararası hesablaşmalara təsir etməsi ilə bağlı informasiya yayılıb. Mərkəzi Bank olaraq bildiririk ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib, yəni Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib” - deyə qeyd olunduğu açıqlamada vurğulanır ki, bunun nəticəsində internet şəbəkəsində problemin yaranmasına və bankların “SWIFT” platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.
 
 
SEYMUR



Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024