12px13px15px17px
Tarix:18/11/15

«Microsoft» korporasiyası kibertəhlükəsizlik texnologiyalarına ildə 1 milyard dollar xərcləyir

«Microsoft» korporasiyası informasiya təhlükəsizliyi sahəsində tədqiqat və işləmələrə ildə 1 milyard dollardan çox vəsait xərcləyir. Bu, «Symantec» şirkətinin xərclərinə uyğundur.
 
 
 
«Microsoft»da informasiyanın mühafizəsi üzrə direktor vəzifəsində çalışan Bret Arsona şirkətin bloqunda bu haqda yazıb. Bu investisiyalar proqram nəhənginin 2015 maliyyə ili üzrə illik gəlirinin 1 faizindən bir qədər çoxdur.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, Vaşinqtonda keçirilmiş «Microsoft Government Forum» konfransında çıxış edən şirkətin baş direktoru Satya Nadella korporasiyanın təhlükəsizlik məsələləri ilə bağlı strategiyasını açıqlayıb. Baş direktor bildirib ki, «Microsoft» informasiya təhlükəsizliyi strategiyasının reallaşdırılmasına kompleks yanaşmanı təmin edərək bütün təhlükəsizlik alətlərini birləşdirməyə hazırlaşır.
 
 
Həmçinin proqram nəhəngi Kibermüdafiə Mərkəzi yaratmaq niyyətindədir. Bundan başqa, şirkət korporativ müştərilərin kibertəhlükəsizliyini qoruyan xüsusi qrup formalaşdırıb.
 
 
Satya Nadella bildirib ki, «Windows 10» ən təhlükəsiz əməliyyat sistemidir. Bu platformada şirkətlərin təhdidlərə qarşı sürətli reaksiyasına imkan verən, bütün qurğularda məlumatların mühafizəsini təmin edən və kiberhücumlara dayanıqlı olmağa imkan verən 15-dən çox funksiya reallaşdırılıb.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020