12px13px15px17px
Tarix:19/11/15

Böyük Britaniyada «5G» sınaq şəbəkəsi işə salınıb

Britaniyanın «Gigaclear» şirkəti abunəçiləri sınaq rejimində beşinci nəsil («5G») genişzolaqlı şəbəkəsinə qoşmağa başlayıb.
 
 
Şirkətin məlumatına görə, şəbəkədə məlumatların yüklənmə sürəti Britaniya üzrə orta göstəricidən 200 dəfə yüksəkdir: məsələn, 1,5 QB həcmində videonu 6 saniyə ərzində yükləmək mümkündür. Bununla belə, hələ ki az sayda abunəçi üçün belə sürət əlçatandır.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, sözügedən operator 2016-cı ilin yanvarından abunəçiləri yeni şəbəkəyə aktiv qoşmağa başlayacaq. Xidmətin aylıq dəyəri özəl şəxslər üçün 399 funt-sterlinq, iş adamları üçün isə 1500 funt-sterlinq təşkil edəcək.
 
 
Ötən ilin iyulunda «Ericsson» şirkəti saniyədə «5G» mobil şəbəkəsi üzərindən məlumatların 5 Qbit sürətlə ötürülməsini nümayiş etdirib. Rekord nəticənin əldə edilməsi üçün təcrübi radiointerfeys, informasiyanın qəbulu və ötürülməsi üçün təkmilləşdirilmiş texnologiyadan istifadə olunub.
 
 
Həmçinin «Samsung» şirkəti öz beşinci nəsil şəbəkəsini sınaqdan keçirib. Şirkət «5G» texnologiyası sayəsində məlumatları 2 Qbit sürətlə 2 km məsafəyə ötürməyə nail olub. Yeni texnologiya 2020-ci ilə kommersiya istifadəsi üçün əlçatan olacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 515

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024