12px13px15px17px
Tarix:19/11/15

Britaniya istifadəçiləri smartfonların təhlükəsizliyindən narahatdır

"BroadbandGenie.co.uk" şirkətinin apardığı tədqiqata görə, smartfon istifadəçilərinin 55 faizi Böyük Britaniya hüquq-mühafizə orqanlarının mobil qurğulara nəzarət edə bilməsindən narahatdır.
 
Rəyi soruşulan Britaniya sakinlərinin 53 faizi daha çox hüquq-mühafizə orqanlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə edə bilməsindən ehtiyat edir. Həmçinin respondentlərin 24 faizi bununla insan haqlarının pozulmasını, 23 faizi hüquq-mühafizə orqanlarının səlahiyyətinin düzgün müəyyənləşdirilməməsini düşünür.  
 
Bundan başqa, respondentlərin 59 faizi bildirib ki, onların smartfonları haker və fırıldaqçı hücumlarından mühafizə edilməyib, habelə onların 57 faizi mümkün təhlükəsizlik üsullarına tam etibar etmir, 36 faizi proqramların təhlükəsiz olmasına əmin deyil.   
 
Maraqlıdır ki, Britaniya smartfon istifadəçilərinin 64 faizi mobil ödənişlərin mühafizə olunmaması fikrindədir.
 
Həmçinin qeyd etmək lazımdır ki, rəyi soruşulanların 45 faizi Britaniya hüquq-mühafizə orqanlarının mobil qurğulara nəzarət etməsində pis heç nə görmür. Sorğu iştirakçılarının 65 faizi gizlədiləsi heç nəyin olmamasını, 18 faizi belə tədbirlərin ölkənin qorunması naminə lazım olmasını, 14 faizi hüquq-mühafizə orqanlarının öz səlahiyyətlərindən qanun çərçivəsində istifadə edəcəyini bildirib.
 
Britaniya smartfon istifadəçiləri arasında ən populyar təhlükəsizlik üsulları ekranın PİN-kodla bloklanması (52 faiz), antivirus proqramları (24 faiz), parol (16 faiz) və qrafik təsvirlərdir (15 faiz). Bununla yanaşı, respondentlərin 20 faizi telefonlarında mühafizə sistemlərinin mövcudluğuna əmin olmamasını qeyd edib, - "Payspacemagazine" yazır.



Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024