12px13px15px17px
Tarix:20/11/15

Azərbaycan startapı dünyanın 20 ən parlaq ideyasından biri kimi seçilib

"CNBC" dünyanın 20 ən parlaq ideyaya malik startapını təqdim edib. Bu startaplar arasında Azərbaycanın "BethClip" layihəsi də  yer alıb.
 
Belə ki, "BethClip" qlobal məkanda rəqabətli və perspektivli startapları müəyyənləşdirmək məqsədilə təşkil edilən "Startup Open" yarışının əsas iştirakçılarından biridir. Bu layihə "GEW 50"də - "Startup Open" yarışında 800 layihədən finala qalmış 50 layihədən biri olub.
 

Finalçılar 2016-cı ilin martında Kolumbiyanın Medellin şəhərində keçiriləcək Qlobal Sahibkarlıq Konqresində yarışacaqlar.

 




 




Qeyd edək ki, "BethClip" "QUTechnopark"-ın təşkil etdiyi "Yeni Fikir-2014"-ün qalibi olub. Həmçinin "ITU Telecom World"-də ən yaxşı KOS (Kiçik və Orta sahibkar) mükafatına layiq görülüb.
 
 
"BethClip" komandası artıq yanvar ayından satışlara başlamağı da planlaşdırır.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024