12px13px15px17px
Tarix:20/11/15

"Windows 1.0" əməliyyat sisteminin istifadəyə verilməsindən 31 il keçir

"Windows 1.0" 1985-ci il noyabrın 20-də istifadəyə verilmiş 16 bit qrafik əməliyyat mühitidir. "Microsoft" şirkətinin fərdi kompüter (FK) üçün qrafik interfeysə malik çoxməsələli əməliyyat mühiti yaratmaq üçün birinci cəhdi idi.

Bill Qeyts qeyd etmişdi: "Bu unikal proqram təminatı ciddi kompüter istifadəçisi üçün nəzərdə tutulub..."


Artıq açılan menyular, fırlatma zolaqları, nişanlar və dialoq pəncərələri əlçatan idi. İstifadəçilər artıq bir neçə proqram arasında rahat şəkildə keçid edə bilərdilər. "Windows 1.0" əməliyyat sisteminin (ƏS) tərkibinə "Paint", "Windows Writer", bloknot, kalkulyator, təqvim, kartoteka və gündəlik məsələləri idarə etmək üçün saat daxil idi. Hətta "Reversi" adlı oyun da vardı.

"Windows 1.0" ƏS-i mübadilə buferinə malik idi. Onun həcmi 16 kilobaytla məhdudlaşırdı.

Qəribə olsa da, "Windows"-un rəsmi istifadəyə verilmiş birinci versiyası "Windows 1.01" olub. "Windows 1.0" versiyasında ciddi səhv aşkar edilmişdi.


"Windows 1.01" ƏS-i "MS-DOS 2.0" əsasında hazırlanmışdı.





Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024