12px13px15px17px
Tarix:20/11/15

Yerli TV və net xidmətlərinə qoşulmaq asanlaşdı

“CONNECT” şirkətinin şəhərin müxtəlif hissələri və ətraf qəsəbələrlə yanaşı, “ASAN Xidmət” Mərkəzlərində də Müştəri Xidmətləri Ofisləri fəaliyyət göstərir.
 
 
Belə ki, bir müddət əvvəl fəaliyyətə başlamış Müştəri Xidmətləri Ofislərində abunəçilər “CONNECT TV” efir-kabel televiziyası və “CONNECT NET” internet provayderinin xidmətlərinə qoşulma haqda sifariş verə bilər, abunə haqlarını (Paypoint aparatları vasitəsilə) ödəyə, onları maraqlandıran məsələlər, tətbiq olunan yeniliklər və s. haqda məlumat əldə edə bilərlər.
 
Təqdim olunan TV və İnternet xidmətlərilə bağlı müvafiq məlumat almaq üçün vətəndaşlar və abunəçilər 2 saylı “ASAN Xidmət” mərkəzi (Bakı, Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi) və ya 4 saylı “ASAN Xidmət” mərkəzində (Bakıxanov qəs, Sülh küç. 197) yerləşən “CONNECT” Müştəri Xidmətləri Ofislərinə müraciət edə bilərlər.
 
 
Qeyd edək ki, “CONNECT TV” və “CONNECT NET” xidmətlərinə qoşulma ödənişsizdir. Şirkət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə efir-kabel televiziyası və internet provayder xidmətləri təqdim edir. Şirkət əhatə dairəsini mütəmadi olaraq genişləndirir. 
 
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024