12px13px15px17px
Tarix:20/11/15

Sumqayıtda şagirdlərin davamiyyətinə internet vasitəsilə nəzarət mexanizmi uğurla tətbiq edilir

Sumqayıtda şagirdlərin davamiyyətinə internet vasitəsilə nəzarət mexanizmi uğurla tətbiq edilir.  Şəhər Təhsil Şöbəsindən verilən məlumata görə, bununla da normal dərs prosesinin təşkilində şagirdlərin dərsə davamiyyətinə tam nəzarət olunur.

Sumqayıtda  tətbiq olunan bu mexanizm həm şagirdlərin və valideynlərin, həm də məktəb rəhbərliyinin məsuliyyətinin artırılmasına və şagirdlərin dərsə davamiyyətinin daha da yaxşılaşmasına səbəb olub.
 
Bu sistemin tətbiqindən ötən dövr ərzində onun təkmilləşdirilməsi üzrə aparılan işlər intensivləşdirilib, valideynlərlə interaktiv əlaqə və saytın mobil telefon versiyası hazırlanaraq işə salınıb.

Eyni zamanda, bu resurs vasitəsilə saytın çoxsaylı ziyarətçilərinə təhsil və tərbiyə sahəsində müxtəlif maarifləndirici materiallar, şəhər Təhsil şöbəsi  tərəfindən keçirilmiş müxtəlif  tədbirlərin videogörüntüləri, açıq dərslər təqdim edilir.

RƏVAN



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024