12px13px15px17px
Tarix:20/11/15

IP TV xidməti genişləndirilir

 IP TV xidmətinin genişləndirilməsi üçün "Teleradio" İstehsalat Birliyi  ilə müxtəlif yerli dövlət müəssisələri və özəl şirkətlər arasında danışıqlar aparılır.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə birliyin texniki direktoru Mikayıl Abbasov məlumat verib.
 
Onun sözlərinə görə, IP TV xidmətinin genişləndirilməsi üçün dövlət və özəl operatorlara IP TV xidmətinin verilməsi istiqamətində "Teleradio" İB tərəfindən baş stansiya üçün  avadanlıqlar alınaraq Bakı Teleqüllə Kompleksində quraşdırılıb.
 
"Amerikanın "Harmonic" şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilən baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi mümkündür.
 
Peykdən qəbul edilən MPEG 2 formatlı proqramlar IP TV platformasına daxil edilir və yerli, həmçinin, xarici olmaqla 160 ədəd müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar lifli optik xətt vasitəsilə operatorlara ötürülür"
 
 
RƏVAN
 



Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024