12px13px15px17px
Tarix:21/11/15

Bu gün Ümumdünya Televiziya Günüdür

1996-cı ilin dekabrında BMT Baş Assambleyası 21 noyabr tarixini həmin ildə ilk Ümumdünya Televiziya Forumunun (World Television Forum) keçirilməsi ilə əlaqədar olaraq Ümumdünya Televiziya Günü (World Television Day) elan edib.
 
Bu il bayramın əsas mövzusu televiziyanın gənc auditoriya ilə münasibətlərinə həsr olunub.
 
Müasir dünyada televiziya rabitə və qloballaşma simvoluna çevrilib. Bu səbəbdən dövlətlərə bu günü sülh, təhlükəsizlik, iqtisadi və sosial inkişaf və mədəni əlaqələrin genişləndirilməsi kimi problemlərə həsr edilən televiziya proqramlarını mübadilə etməklə qeyd etmək təklif olunub.
 
Bayramın qısa müddət ərzində qeyd olunmasına baxmayaraq televiziyanın tarixi təxminən bir əsr əvvələ gedib çıxır. Elektron şüalardan istifadə edilməklə müəyyən məsafədə təsvirin ötürülməsi və qəbulu üçün ilk sınaqlar 1920-ci ilin əvvəlində ABŞ, Yaponiya və Sovet İttifaqında keçirilib.
 
Qeyd edək ki, Azərbaycanda televiziya yayımına 1956-cı il fevralın 14-də başlanılıb.



Baxış sayı: 813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024