12px13px15px17px
Tarix:21/11/15

Açıq Hökumət Məlumatları portalında 25 növ məlumat bazası açıq elan edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatları portalında  açıq elan edilən məlumat bazalarının sayını açıqlayıb.
 
Mərkəzdən verilən məlumata görə, bu ilin yanvar ayında istifadəyə verilmiş portalda hazırda bir sıra dövlət qurumları tərəfindən 25 növ məlumat bazası açıq elan edilib. Bu məlumatlar əsasında artıq bir sıra veb və mobil proqramlar hazırlanıb.
 
Açıq məlumatların sayının və çeşidinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.
 
Bir neçə ildən sonra ölkəmizdə Açıq Hökumət Məlumatları sənayesi yetərincə inkişaf edəcək və ölkə iqtisadiyyatına böyük gəlir gətirəcək. 
 
CAHANGİR



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024