12px13px15px17px
Tarix:23/11/15

Süni intellekt əsasında avtomatlaşdırma İT sahəsində əksər prosesləri dəyişəcək

"McKinsey Global Institute" konsaltinq şirkətinin tədqiqatçıları müasir şirkətlərin əməkdaşları tərəfindən yerinə yetirilən müxtəlif işlərin avtomatlaşdırılması imkanlarını öyrənərək onların 45 faizinin artıq texnologiyaların hazırkı səviyyəsində avtomatlaşdırılması qərarına gəliblər.
 
Bildirilir ki, iritutumlu məlumatlar, "Əşyalar interneti" texnologiyaları və süni intellekt vasitələri işlərin avtomatlaşdırılmasının əsasını təşkil edir. İnformasiya xidməti rəhbərləri həm sistemlərin layihələndirilməsinə, həm də əməkdaşların işə qəbuluna yanaşmanı dəyişməli olacaq.
 
İnformasiya texnologiyaları (İT) sahəsində proseslərin avtomatlaşdırılması daima baş verir. "ERP" sistemləri və digər korporativ əlavələr sifarişlərin qəbulunda, hesabların ödənilməsi və kadr idarəçiliyində əl işinin zəruriliyini aradan qaldırıb, "bulud" xidmətləri isə yeni serverləri asanlıqla qoşmağa imkan yaradıb. Lakin İT xidmət rəhbərləri süni intellekt, robot texnikası, "Əşyalar interneti" və digər texnologiyalarda ixtisaslaşan yeni tədarükçülərlə işə hazır olmalıdır ki, bu da proseslərin və məlumat modellərinin dəyişməsini və biznes üçün vahid platformanın yaradılmasını tələb edəcək. Həmçinin avtomatik vasitələrə nəzarətin və onların buraxdığı səhvlərin aradan qaldırılması zərurəti yaranacaq, - "Computerworld" yazır. 



Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024