12px13px15px17px
Tarix:23/11/15

Yeni Pekin aeroportunun buraxılış qabiliyyəti ildə 100 milyon sərnişinə çatacaq

2040-cı ilədək Yeni Pekin aeroportunun buraxılış qabiliyyəti ildə 100 milyon sərnişinə çatacaq.
 
Sentyabrın sonunda ümumi ərazisi 700 kvadratmetr təşkil edəcək yeni Pekin aeroportunun terminalının tikintisinə rəsmən başlanılıb.  
 
2025-ci ilədək hava limanında planlaşdırılan yeddi uçuş-enmə zolağından dördünün istismara verilməsi gözlənilir. Onlar ildə 620 min təyyarə uçuşuna və enməsinə xidmət göstərəcək. Yeni aeroportun illik buraxılış qabiliyyəti 70 milyon sərnişin və 2 milyon ton yük və poçt təşkil edəcək.
 
2040-cı ilədək sərnişin dövriyyəsinin həcminin 100 milyon nəfərədək, yeni hava limanı vasitəsilə yük dövriyyəsinin isə 4 milyon tonadək artacağı bildirilir. O vaxtadək bütün yeddi uçuş-enmə zolağının istifadəyə verilməsi nəzərdə tutulur.
 
Pekinin cənubunda Dasin ərazisində yerləşən yeni aeroportun inşasına 2014-cü ilin dekabrında start verilib, - "RussianNews” yazır.



Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024