12px13px15px17px
Tarix:23/11/15

“Apple” şirkəti öz qurğularında “Google” axtarış sistemindən imtina edə bilər

"Apple" şirkətinin gələcəkdə "Google" axtarış sistemindən imtina edəcəyi ehtimal edilir.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, şirkət "Google"un əvəzinə axtarış sifarişlərini "Safari" brauzerinin mobil versiyasına tətbiq edərək, istinadların "Microsoft" şirkətinin "Bing" əlavəsinə ötürülməsini təşkil edə bilər.
 
"Google" axtarış sisteminin əvəz edilməsi 2017-ci ilin axırınadək baş verə bilər. Bu proqnoz Britaniyanın CCS tədqiqat şirkətinin təhlilçiləri tərəfindən səsləndirilib. "Apple" ilə "Microsoft"un yaxınlaşmalarının səbəbi kimi, şirkətlərin "Google"un mobil qurğular üçün həllər bazarında artan nüfuzuna qarşı çıxmaq istəyidir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024