12px13px15px17px
Tarix:23/11/15

“Nar” Naxçıvanda “Nar Home” istifadəçiləri üçün kampaniya elan edib

"Nar" mobil rabitə operatoru Naxçıvan Muxtar Respublikasında  "Nar Home" istifadəçilərinə sərfəli şərtlərlə müxtəlif yerli və xarici kanalları izləmək imkanı yaradan rəqəmli TV xidməti təqdim edir.
 
"ICTnews" xəbər xidmətinin  məlumatına əsasən, xidmətə yeni qoşulan abunəçilər 5 ayın ödənişini öncədən etdikləri halda 6-cı ayı xidmətdən pulsuz istifadə edirlər. On ayın ödənişini öncədən etdikdə 11-ci və 12-ci ayları və ya "Nar Home" qəbuledicisini  pulsuz əldə edirlər. 
 
Bu il dekabrın 1-dək müqavilə bağlamış abunəçilər üçün "Nar Home" DVB-T2 qəbuledicisinin qiyməti  25 manat, aylıq abunə haqqı isə 9 manat təşkil edir.

Dekabrın 1-dən sonrakı müddətdə müqavilə bağlamış abunəçilər üçün aylıq abunə haqqı 10 manat təşkil edəcək. Kampaniya 2016-cı ilin sonuna kimi davam edəcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020