12px13px15px17px
Tarix:24/11/15

Beynəlxalq Mülki Aviasiya Təşkilatının aviasiya məsələləri üzrə Ümumdünya forumu işə başlayıb

Noyabrın 23-də Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) aviasiya məsələləri üzrə Ümumdünya forumu işə başlayıb. Forum hava nəqliyyatında iqtisadi çiçəklənmənin daha uğurlu və dayanıqlı inkişafına həsr edilib.    

 
Bildirilir ki, 2014-cü ildə aviasiya sahəsində 8,5 milyon yeni iş yeri açılıb, sahənin iqtisadiyyata birbaşa töhfəsi isə 700 milyard dollar qiymətləndirilir. Hər il 1 milyarddan çox insan digər ölkələrə səyahət edir ki, onların da yarısından çoxu hava nəqliyyatından istifadə edir.

 
Dünya ticarət həcmində hava yük daşımaları 0,5 faizlik paya sahib olsa da, onların dünya ticarətində pul ifadəsində payı 34,6 faiz təşkil edir.
 

Qeyd olunur ki, üç gün davam edəcək konfransda iştirakçılar aviasiya sektorunun artımı ilə bağlı məsələləri müzakirə edəcəklər, - BMT saytı  yazır.



Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024