12px13px15px17px
Tarix:24/11/15

Ən çox müraciət olunan elektron xidmətlərin və təminatçılarının adları məlum olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu il  "Elektron hökumət" portalı  vasitəsi ilə ən çox müraciət olunan elektron xidmətlərin və təminatçılarının adlarını açıqlayıb.
 
Mərkəzdən verilən məlumata görə, cari ildə ali məktəblərə qəbul üzrə proseslər, müraciətlərin elektron qəbulundan imtahan nəticələrinin öyrənilməsinə qədər bütün mərhələlər portal  üzərindən icra edilib. Buna görə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci ilin ən çox müraciət olunan xidmət təminatçıları arasında yer alıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də cari il ərzində vətəndaşların ən çox müraciət etdiyi dövlət qurumlarından olub. Belə ki,  RYTN-in "Mobil cihazların IMEI kodunun yoxlanılması", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Telefon nömrəsi üzrə axtarış" və s. e-xidmətləri aktual istifadə olunan xidmətlərdir.
 
Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətləri portal üzərindən ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb.
 
Dövlət Sosial Müdafiə Fondunun 17 elektron xidməti arasında sığortaolunan və sığortaedən tərəflərlə bağlı xidmətlər il ərzində ən çox istifadə edilənlərdən olub. Belə ki, "Sığortaolunanlara məlumatların verilməsi" xidməti işçilərə sığortaolunan illər üzrə ödənişlər və pensiya kapitalı barədə dəqiq məlumat verməklə vətəndaşın fərdi məlumatlarını açıq və əlçatan edir.
 
Cari ilin keçən dövrü ərzində elektron sənəd mübadiləsində yeniliyin və rahatlığın təminatçısı olan "Elektron Çıxarışlar" (Arayışlar) sənədləşmə prosesinin və istifadəçilərin kağız yükündən azad olmasına xidmət etməklə portal üzərindən fərdə məxsus 12 növ məlumatı elektron formalaşdırmağa, çap edərək və onlayn olaraq tələb olunan quruma ötürməyə icazə verib. Qeyd edək ki, "Elektron Çıxarışlar" bölməsi "Elektron hökumət" portalının operatorunun təşəbbüsü ilə yaradılıb.
 
Daxili İşlər Nazirliyinin "FİN-ə görə fərdi məlumatların axtarışı", "Rüsum və cərimələrin ödənişi", "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" xidmətlərinin elektronlaşması bu gün artıq portal üzərindən vətəndaşlara cərimə barədə bildirişlərin göndərilməsinə şərait yaradır.
 
Təhsil  Nazirliyi cari ildə fərdə məxsus üç növ məlumatı - "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış", "Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış" və "Diplom haqqında məlumatlar"ı vətəndaşlara açıq edib. Diplom haqqında məlumatların onlayn əldə olunması xüsusilə vətəndaşlar tərəfindən uzun müddətdir gözlənilən xidmətlərdəndir.
 
Xalqın suveren hüquqlarının təminatçısı olan seçki prosesinin rahat təşkili üçün Mərkəzi Seçki Komissiyası tərəfindən portala inteqrasiya edilmiş 5 növ informativ xidmət və onlayn müraciət xidməti bu gün vətəndaşlar tərəfindən ən çox istifadə olunan xidmətlərdir.
 
Dövlət Gömrük Komitəsinin 4-ü qeydiyyatsız olmaqla təmin etdiyi 8 elektron xidmət cari ildə aktual müraciət olunanlar sırasındadır.
 
CAHANGİR



Baxış sayı: 375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti